EN

Yeniyetmə parabadmintonçumuz Avropa çempionatının YARIMFİNALINDA - FOTO

Türkiyənin İstanbul şəhərində keçirilən Parabadminton üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yeniyetmə paralimpiyaçımız Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə korta çıxıb.

Onlar qrup mərhələsində türkiyəli rəqiblərinə 2:0 hesabı ilə (Sudenaz Şanlı, Ali Altıparmak) qalib gələrək ilk qələbəsini qazanıb, ikinci görüşdə isə şotlandiyalı və polşalı duetə (Andrew Davies, Darija Bujnicka) 1:2 məğlub olub.

1/4 finalda fransalı rəqiblərini (Maxime Greboval, Pauline Pelle) 2:1 məğlub edən Z.Salmanlı və K.Coombs Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Beləliklə, onlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Klublarımız ÇL-yə qələbə ilə başlayıblar

Narkotik maddədən istifadə etdiyi üçün cəzalandırıldı

Airbadminton üzrə milli komandamız dünya çempionatına vəsiqə qazanıb

“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Futzal üzrə ölkə çempionatlarının püşkü atılıb

Chosen
28
4
apasport.az

7Sources