EN

Özbəkistan Cənubi Afrika Respublikasına ilk səfir təyin edib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Özbəkistanın Cənubi Afrika Respublikasında ilk səfiri fəaliyyətə başlayıb. Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu vəzifəyə Əşrəf Xocayev təyin edilib. Özbəkistanın bu ölkəyə səfir təyinatı barədə Cənubi Afrika prezidenti X sosial şəbəkəsində də məlumat verib.“Zati-aliləri Prezident Siril Ramafosa Pretoriyadakı Sefako Makqatho Prezident Otelində etimadnaməsini təqdimetmə mərasimində Özbəkistan Respublikası missiyasının rəhbəri doktor Əşrəf Xocayevdən etimadnaməsini qəbul edib”, - deyə Ramafosa yazıb.Qeyd edək ki, Əşrəf Xocayev bundan əvvəl Özbəkistanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
1
newscenter.az

2Sources