EN

Türkiyə ilə statistika sahəsində Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb.
Dövlət Statistika Komitəsindən  Sherg.az-a verilən məlumata görə, memorandumu Komitənin sədri Tahir Budaqov və Türkiyə Statistika İnstitutunun Prezidenti Erhan Çetinkaya imzalayıblar.
Memorandumda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi rəsmi statistika sahəsində ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi və gücləndirilməsinə, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və statistikanın bir sıra sahələrində qabaqcıl təcrübənin qarşılıqlı mübadiləsinə töhfə verəcəyi qeyd olunub.
Chosen
15
8
sherg.az

10Sources