EN

PSJ-nin gənc ulduzuna rekord təklif

“Mançester Siti” “PSJ”-nin portuqaliyalı yarımmüdafiəçisi Joao Nevesin transferində israrlıdır.

İdmanxeber.az xəbər verir ki, İngiltərə nəhəngi 21 yaşlı futbolçu üçün 120 milyon avro təklif etməyə hazırdır.

Joao Neves cari mövsümdə meydana çıxdığı 11 qarşılaşmada 5 qol və 1 asistlə yadda qalıb.

Qeyd edək ki, gənc futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

 

Chosen
82
1
idmanxeber.az

2Sources