EN

MDB Oyunlarının qalibi olan gimnast: Vətənimdə bayrağımızı ucaltdığım üçün çox sevincliyəm

ain.az, Azertag saytına istinadən bildirir.

Şəki, 3 oktyabr, AZƏRTAC

Vətənimdə bayrağımızı ucaltdığım üçün çox sevincliyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında oğlanların fərdi yarışında qızıl medal qazanan batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Maqsud Mahsudov deyib.

O, bu nəticəni karyerasındakı ən böyük uğur adlandırıb: “Azarkeşlərin dəstəyi yaxşı çıxış etməyimdə mənə çox kömək oldu. Anam da bacım Selcanla məni dəstəkləmək üçün tribunada idi. Qürur hissi keçirirəm. Bu duyğuları yaşamaq bütün idmançılara nəsib olsun”.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
azertag.az

2Sources