EN

Qurtuluşdan Zəfərə aparan yolun memarı - Şərh 

“1993-cü ili müasir Azərbaycan tarixində  məhvolmadan qurtuluşa, qurtuluşdan isə davamlı inkişaf yoluna qədəm qoyan dövr kimi xarakterizə etmək olar. XX əsrdə müsətqilliyinin 1991-ci ilin oktyabrında  yenidən bərpa  edən Azərbaycan 1993-cü ildə nəinki müstəqilliyi itirmək, ümumiyyətlə siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə idi. Azərbaycan dövlətçiliyini və xalqının üzləşdiyi belə bir ağır, mürəkkəb şəraitdə böyük dövlətçilik və idarəetmə qabliyyətinə malik böyük şəxsiyyət, Ulu öndər Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək hakimiyyətə gəlişi ilə bütün bu təhlükələrdən xilas oldu. Ulu öndərin hakimiyyət gəlişi ilə Azərbaycanın müstəqilliyi dönməz xarakter alaraq, ölkədə sabitliyin təmin olunması istiqamətində çox ciddi addımlar atıldı”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, 1993-cü ilin iyunun 15-də Milli Məclisin sədri seçilən Ulu öndər Heydər Əliyev ölkənin gələcək inkişafını təmin etmək məqsədi ilə  siyasi, iqtisadi və  ordu quruculuğua sahəsində  genişmiqyaslı islahatlar həyata keçirilməyə başlanıldı. “3 oktyabr 1993-cü ildə  keçirilən prezident seçkiləri isə  müasir Azərbaycan dövlətçiliyinin xilasdan davamlı inkişafa  mərhələsinə qədəm qoyması baxımdan bir dönüş nöqtəsi oldu. Azərbayxan xalqı Ulu öndər Heydər Əliyevə etimad göstərərək onun Prezident seçdi. Bu baxımdan biz 1993-cü il oktyabrın 3-ü müasir Azərbaycan dövlətçili salnaməsinin ən şərəfli səhifələrindən biri hesab olunur”, - o qeyd edib. 

O əlavə edib ki, Ulu öndər “Mən bütün həyatımı yalnız və yalnız Azərbaycan xalqına həsr etmişəm”  şüarını əsas tutaraq Azərbaycan dövlətçiylinin inkişafı, beynəlxalq   miqyasda  böyük nüfuza malik ölkə olması istiqamətində çox gərgin əmək sərf etdi. “Yürütdüyü müdrik, uzaqgörən, çevik siyasəti, qətiyyətli  və cəsarətli addımları ilə  Azərbaycanı üzləşdiyi ən çətin və mürrəkəb geosiyasi proseslərdən uğurla çıxararaq ən qısa zamanda ölkəmizi dünyanın  sürətlə inkişaf edən  dövlətlər sırasında yer almasına nail oldu. Azərbaycan dövlətçiliyinə olan təhdidlər aradan qalxdı və möhkəmləndi”, - o vurğulayıb.
Deputat bildirib ki,  Ulu öndərin Heydər Əliyevin  1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə  dövlətimizin gələcək inkişaf strategiyası hazırlanaraq uğurla  həyata keçirilməyə başlandı:
-İctimai-siyasi sabitlik bərqərar oldu;
-Genişmiqyaslı siyasi, iqtisadi, aqrar, özəlləşdirmə sahəsində islahatlar həyata keçirilməyə başlanıldı;
- Dövlətçiliyin möhkəmlənməsi və səmərəli idarətemə  təmin olundu;
- Dayanıqlı iqtisadi inkişafın möhkəm təməli qoymaq məqsədi ilə Azərbaycanın enerji resurslaırndan istifadə etməklə “Əsrin müqaviləsi” imzalandı;
- “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan bölgədə ilk yeni reallıq yaradaraq dövlətçiləyə olan təhdidlərin beynəlxalq səviyyədə təmin olunmasına nail olundu;
-Xalq-iqtidar biliyinə nail olundu;
-Ordu quruculuğuna başlanıldı;
-Azərbaycanın beynəlxalq nüfuzu güclənməsi istiamətində addımlar atıldı və buna nail olundu;
- Azərbaycan qısa zamanda  beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı;
-Azərbaycan  davamlı inkişaf və yeni-yeni uğurların əldə edilməsi  mərhələsinə qədəm qoydu.
Deputat qeyd edib ki, Ulu öndər Heydər əliyevin Azərbaycan xalqı, dövlətçiliyi qarşısında ən böyük xidməti  və verdiyi töhfələrdən  ən böyüyü isə  cənab Prezident İlham Əliyev öz siyasi irsinin layiqli davamçısı müəyyən etməsi idi. “Cənab Prezident İlham Əliyevin ölkəyə liderliyi müasir Azərbaycan dövlətinin dünyada  sıçrayışlı inkişaf mərhələsi kimi xarakterizə olunmaqla yanaşı, Ulu öndərin ölkəmizin, xalqımızın gələcək inkişafı, eyni zamanda üzləşdiyi ən çətin problemlərin həlli istiqamətində yarımçıq qalmış arzularının həyata keçməsi kimi tarixə düşüb. Məhz Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısının liderliyi  altında bu gün Azərbaycan   beynəlxalq miqyasda Qarabağ kimi  ən mürəkkəb münaqişəsini həll edərək zəfərlərə imza ataraq ölkənin öz ərazi bütövlüyü və suverenliyini  bərpa etməklə dünyanın qalib dövləti edib. Bu gün  Azərbaycan  dünyada təkcə bir müstəqil dövlət  kimi deyil, qlobal miqyasda yeni reallıqlar yaradan, regional və qlobal sülhün, təhlükəsizliyin  təmin olunaraq, sıx əməkdaşlığın formalaşmasında ciddi aktor rol oynayan ölkə kimi çıxış edərək öz töhfəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülhün memarı olmaqla yanaşı, sülhün təminatçısı rolunda çıxış edir. 
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Avropa ilə Asiya arasında enerji, nəqliyyat  və logistik layihələr həyata keçirməklə Avrasiya coğrafiyasında   qarşılıqlı maraqlalra xidmət edən sıx əməkdaşlıq  körpüləri yaratmaqdadır. 
Bünövrəsi Ulu öndər Heydər Əliyev  tərəfindən  müəyyən edilən inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və dövlətimiz, xalqımız yeni zirvələrə  və zəfərlərə doğru inamla irəliləməkdədir”.

Mürtəza

Chosen
83
1
olke.az

2Sources