EN

“BOA AGENCY” şirkətinin iclasınının gündəliyinə dəyişiklik edilib

Marja.az saytına istinadən ain.az xəbər verir.

“BOA AGENCY” ASC-nin səhmdarlarının ümumi yığıncağının 06.10.2025-ci il tarixində keçiriləcək iclasının gündəliyinə dəyişiklik olub.

MArja xəbər verir ki, həmçinin ASC "Xalq" Bankı ilə bərpa olunmayan kredit xətti müqaviləsi bağlanması da müzakirə ediləcəkdir.

İclasın gündəliyinə 2025-cü ilin 3-cü rübünün maliyyə nəticələrinin müzakirəsi və dividentlərin verilməsi məsələsinə baxılması da daxildir. 

Qeyd edək ki, “BOA AGENCY” ASC-nin səhmdarları Qəribli İlkin Eldar oğlu (nizamnamə kapitalında payı 40%), Hacıyev Rüstəm Rauf oğlu (nizamnamə kapitalında payı 40%) və Hacıyev Ramin Rauf oğludur (nizamnamə kapitalında payı 20%). 

“BOA AGENCY” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 487 min manat xalis mənfəət ilə başa vururb. Cari ilin ilk yarısında Şirkətin əsas əməliyyat gəliri 7 milyon 446 min manat təşkil edib. 

Şirkətin portfeli (uzunmüddətli debitor borclar) ötən ilin sonunda 166 milyon 849 min manat ikən, 30 iyun 2025-ci il tarixində 185 milyon 401 min manata çatıb. Şirkət kredit təşkilatlarından borcları alaraq yığılmasını təmin edir.  “BOA AGENCY” tələb hüquqlarının alınması, tələblərin icrası üzrə konsultasiya və kommunikasiya dəstəyi xidmətləri göstərir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
marja.az

2Sources