EN

"Ermənistanın yalnız bir yolu var" -Erməni bloger

Erməni bloger və fəal İşxan Verdyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən sülhə sadiqdir, çünki sülhə alternativ yalnız müharibədir və müharibə Ermənistan dövlətçiliyinin məhvinə gətirib çıxara bilər.

Musavat.com xəbər verir ki, İşxan Verdyan bunu “Minval Politika”ya müsahibəsində Paşinyanın İrəvan və Bakı arasında sülh sazişi kontekstində konstitusiyaya düzəlişləri müzakirə etməməsi ilə bağlı şərh edərkən deyib.

Verdyan qeyd edib ki, Paşinyanın Azərbaycanla sülh anlayışı zəifdir və onun Azərbaycanın subyektivliyi barədə unikal baxışı var. 

Fəal həmçinin Paşinyanın ritorikasının daxili siyasi kontekstdə olduğunu vurğulayıb və yaxın gələcək seçkilərdə daşnak müxalifətin “Paşinyan hər şeyi Azərbaycanın istəyi ilə edir” povestindən istifadə edə biləcəyini qeyd edib. 

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına gəlincə, Verdyan bildirib ki, Aİ-yə üzvlük üçün fiziki maneə Türkiyədir. Ermənistanın Aİ-yə üzv olması üçün Türkiyə ərazisindən quru yol tapması lazımdır. Əks halda, ölkə Rusiyanın iqtisadi əlavəsi olaraq qalacaq.

Verdyan yekun olaraq vurğulayıb ki, Ermənistanın regionda inkişafı və Avropa İttifaqına inteqrasiyası üçün yeganə yol sülhün qorunması və praktik həll yollarının tapılmasıdır.

Musavat.com

Chosen
36
2
musavat.com

3Sources