EN

Böyük Britaniya Kiyevə kəşfiyyat məlumatları ötürür

BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturuna qarşı dronlar və uzaqmənzilli raketlərlə zərbələr üçün yeni kəşfiyyat məlumatları təqdim etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, bu dəstək Ukraynaya Rusiya hava hücumundan müdafiə sistemlərini xəritələşdirmək və zərbə marşrutlarını hazırlamaq imkanını verəcək, həmçinin mövcud uzaqmənzilli silahların effektivliyini artıracaq.

Qeyd edilir ki, Böyük Britaniya da Vaşinqtonun xahişi ilə Rusiya əleyhinə əməliyyatlarda iştirak edir.

Chosen
41
teleqraf.com

1Sources