EN

Bu da DÇ-2026-nın topu

FİFA 2026-cı il dünya çempionatı üçün rəsmi topu təqdim edib.

Publika.az xəbər verir ki, "Adidas" şirkətinin hazırladığı top "Trionda" adını daşıyır. Onun parlaq dizaynı qırmızı, yaşıl və mavi rənglərdədir və bu rəng seçimi turnirə ev sahibliyi edəcək üç ölkəyə – Kanada, Meksika və ABŞ-a hörmət əlaməti kimi nəzərdə tutulub.

"Trionda" ispanca “üç dalğa” deməkdir. Topun dizaynında yer alan bu və digər unikal, innovativ elementlər ilk dəfə üç ölkənin birlikdə futbol üzrə dünya çempionatı keçirməsini simvolizə edir.

FİFA prezidenti Canni İnfantino 2026-cı il futbol üzrə dünya çempionatı üçün yeni topu yüksək qiymətləndirib:

"DÇ-2026-nın topu möhtəşəmdir! Növbəti il turnirə ev sahibliyi edəcək üç ölkənin – Kanada, Meksika və ABŞ-ın birliyini və ehtirasını əks etdirən daha bir əfsanəvi dünya çempionatı topunu təqdim etdiyim üçün sevincli və qürurluyam. Onunla vurulacaq qolu səbirsizliklə gözləyirəm. Ən möhtəşəm dünya çempionatına geri sayım başladı və artıq davam edir!"

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Heybət

Chosen
63
publika.az

1Sources