EN

Özünüməşğulluq proqramı üzrə son bir ayda 1300-ə yaxın şəxs üçün təsərrüfatlar yaradılıb

Bakı. Trend:

Ötən ay paytaxt və regionlarda daha 1290 işsiz və işaxtaranşəxsə bu proqram çərçivəsində mal və materiallar formasındaaktivlər təqdim olunub.

Trendxəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumatyayıb.

Bildirilib ki, onlardan 223-ü istehsal və xidmət, 1067-si isəkənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb olunanlardır.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları qeyd edilənistiqamətlər üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir,olara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik vəbacarıqlar öyrədilir.

Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznesplanlarına uyğun aktivlərlə təmin olunurlar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramıiştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Məqalədə:
Chosen
128
6
az.trend.az

8Sources