Ötən gecə Avropa Liqasının "Roma" - "Lill" matçında (0:1) həyəcanlı anlar yaşanıb.
QOL.az xəbər verir ki, Fransa təmsilçisinin türk qapıçısı Berke Özer matçda möhtəşəm oyunu ilə yadda qalıb.
25 yaşlı qapıçı 3 dəfə penalti zərbəsini dəf edib. O, qapının soluna doğru vurulan zərbəni geri qaytarıb və 3 dəfə komandasını qoldan xilas edib.
Gənc qapıçının bu uğuru dünya mediasının gündəminə düşüb.