EN

Polşada Ukrayna üçün ən böyük təlim mərkəzi açıldı

Polşada Ukrayna hərbçiləri üçün ən böyük təlim mərkəzi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlim mərkəzi Polşa Quru Qoşunlarının poliqonlarının birində yerləşir və eyni anda 1200 hərbçini qəbul etmək gücündədir.

Bildirilib ki, artıq mərkəzdə 250 Norveç təlimatçısı yerləşib və Estoniya və digər ölkələrdən olan təlimatçıların da yerləşdirilməsi gözlənilir.

Chosen
95
axar.az

1Sources