EN

Vüqar Bayramov: Rəqəmsal inkişaf nağd pula ehtiyacı minimuma endirir

Son dövrlərdə texnologiyanın inkişafı və mobil tətbiqlərin geniş istifadəsi insanların alış-veriş vərdişlərinə də ciddi təsir göstərib. 

Əhalinin böyük qismi artıq nəğd puldan istifadə etmədən, rəqəmsal ödəniş vasitələri ilə gündəlik tələbatlarını qarşılayır. 

Bank kartları, mobil bankçılıq, QR və NFC texnologiyaları ilə aparılan ödənişlər nəinki rahatlıq yaradır, həm də şəffaf iqtisadi münasibətlərin təşəkkülünə təkan verir. 


Bəs rəqəmsal ödənişlərin sürətli artımı nəğd pulla alış-verişə olan tələbatı hansı dərəcədə azaldır?

Mövzu ilə əlaqədar olaraq Operativ Media-ya Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib.

O bildirib ki, son illər nağd ödənişlərin həcminin azalmasını müşahidə edirik.
Bunun səbəblərindən biri infrastrukturun formalaşmasıdır.

Onun sözlərinə görə, infrastruktur inkişaf etdikcə nağd pula tələbat azalır. Artıq plastik kartların daha çox istifadəsinə gətirib çıxarır. 

Digər səbəb isə təşviqedici tədbirlərlə bağlıdır. 

O həmçinin onu da qeyd edib ki, buna ƏDV geri al, banklar tərəfindən stimullaşdırıcı bonusların tətbiqi aiddir.

Nəticədə plastik kartlara tələbin artmasına, nağd vəsaitə isə tələbatın azalmasına gətirib çıxarır. 

Deputat vurğulayıb ki, rəqəmsal inkişaf da nağd vəsaitlərə tələbin azalmasına gətirib çıxarır.

Növbəti illərdə bütövlükdə nağd vəsaitlərlə alış-verişin həcminin azalmasını, plastik kartlarla alış-verişin həyata keçirilməsi müşahidə olunacaq.


Şəfa Hüseynli

Chosen
45
operativmedia.az

1Sources