EN

Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasında "Həftənin ən yaxşı qolu" mükafatının sahibi açıqlanıb.
Oxu.Az xəbər verir ki, azarkeşlərin səsverməsi nəticəsində bu mükafata "Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu layiq görülüb.
Xatırladaq ki, Addai "Qarabağ"ın "Kopenhagen"ə qalib gəldiyi oyunda ikinci qolun müəllifi olub.
Qeyd edək ki, Addaidən başqa, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holand, "Monako"dan Cordan Teze, PSV-dən İsmael Saibari də namizədlər arasında idi.
Murad Nəsimi
Chosen
76
oxu.az

1Sources