EN

FIFA DÇ-2026-nın topunu təqdim etdi

BAKI, 3 oktyabr. TELEQRAF

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının topunu təqdim edib.

Teleqraf xəbər verir ki, top adidas şirkəti tərəfindən hazırlanıb və TRIONDA adını alıb.

Parlaq dizaynı qırmızı-yaşıl-mavi rəng çalarlarında işlənib ki, bu da çempionatın üç ev sahibi ölkəsinə — Kanadaya, Meksikaya və ABŞ-a ehtiram əlamətidir.

TRIONDA ispanca “üç dalğa” mənasını verir və digər unikal, innovativ dizayn elementləri ilə birlikdə ilk dəfə üç ev sahibi ölkənin — Kanada, Meksika və ABŞ-nın futbol üzrə dünya çempionatını birgə keçirməsini simvolizə edir.

Chosen
52
1
teleqraf.com

2Sources