EN

ABŞ Slovakiyaya 7 ədəd F-16 göndərdi

Slovakiya ABŞ-dan sifariş etdiyi 14 ədəd F-16 Block 70 döyüş təyyarəsindən yeddisini alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, oktyabrın 2-də axşam Slovakiyanın qərbindəki Malakki yaxınlığındakı Kuhine hərbi aerodromuna biri tək yerlik və biri iki yerlik iki F-16 Block 70 döyüş təyyarəsi eniş edib. Təyyarə texniki qəbulu gözləyir və bundan sonra onlar təlim uçuşlarına başlayacaqlar.

Qeyd edək ki, Slovakiya 2018-ci ilin sonunda 14 ədəd F-16 Block 70 üçün müqavilə imzalayıb.

Musavat.com

Chosen
28
2
musavat.com

3Sources