Noyabrın 22-də keçiriləcək UFC Qatar turnirində maraqlı döyüş elan olunub.

Offsideplus.az xəbər verir ki, milçək çəki dərəcəsində rusiyalı idmançı Tagir Ulanbekov yaponiyalı təcrübəli döyüşçü Kyoji Horiguchi ilə üz-üzə gələcək.

Bu qarşılaşma turnirin diqqət çəkən duelərindən biri kimi gözlənilir və hər iki idmançı üçün karyera baxımından böyük əhəmiyyət daşıyır.