EN

“Sən komandamızın etimadındasan”

“Real” klubunun prezidenti Florentino Peres, mətbuatda yayılan xəbərlərdən sonra kapitan və yarımmüdafiəçi Federiko Valverde ilə telefon əlaqəsi yaradıb.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, futbolçunun Çempionlar Liqasının 2-ci turunda Qazaxıstanın “Kayrat” komandası (5:0) ilə oyunda sağ cinah müdafiəçisi mövqeyində çıxış etmək istəmədiyi qeyd olunurdu. 

Mənbənin bildirdiyinə görə, klub prezidenti uruqvaylı futbolçuya dəstək olub və bildirib ki, Valverde klub rəhbərliyinin və baş məşqçi Xabi Alonso-nun etimadını qazanıb. Həmçinin Peres futbolçuya mətbuatda yayılan və onun nüfuzuna zərər verə biləcək məlumatlara fikir verməməyi tövsiyə edib. Bu dəstəkdən sonra Valverde minnətdarlıqla göz yaşlarını saxlaya bilməyib.

Cari mövsümdə Valverde İspaniya çempionatında bütün oyunlarda meydana çıxıb və 3 məhsuldar ötürmə edib. Uruqvaylı futbolçu həmçinin Çempionlar Liqasında 1 oyunda iştirak edib.

Chosen
122
90deqiqe.az

1Sources