EN

FIA pilotları və komandaları Sinqapur Qran-prisi öncəsi yüksək temperaturlara qarşı xəbərdar edib

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1-in Sinqapur Qran-prisi öncəsi pilotları və komandaları ekstremal yüksək temperaturlara görə xəbərdar edib.

90deqiqe.Az-ın məlumatına görə, qaydalara əsasən, belə xəbərdarlıq elan edildikdə komandaların və pilotların seçimi belədir: ya pilot üçün xüsusi soyuducu jilet istifadə etmək – bu ideya 2023-cü ildə Sinqapur yarışından sonra ortaya çıxmışdı, o zaman bir çox pilot tibbi yardım almışdı; ya da jilet istifadə edilməzsə, pilotun bolidində 0,5 kq-lıq ballast yerləşdirilməlidir.

2025 mövsümünün 18-ci mərhələsində Sinqapurda hava temperaturunun 31 dərəcədən yüksək olacağı proqnozlaşdırılır. Yarış həftəsonu oktyabrın 3-dən 5-dək keçiriləcək.

Chosen
44
90deqiqe.az

1Sources