EN

Sautqeyt “Mançester Yunayted”i çalışdırmaqdan imtina edə bilər

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt uyğun təklif gəlsə belə, “Mançester Yunayted”in baş məşqçisi olmağa razılaşmayacaq.

90deqiqe.Az xəbər verir ki, “Mançester Yunayted”in rəhbərliyi Ruben Amorimə komandanın nəticələrinin zəif olmasına görə təzyiqlər artırarkən baş məşqçi postuna 55 yaşlı mütəxəssisi əsas namizəd kimi nəzərdən keçirir. 

Lakin, İngiltərə millisinin sabiq çalışdırıcısı məşqçilik fəaliyyətinə qayıtmaqda tələsmir.

Əvvəllər məlumat verilib ki, “Mançester Yunayted” hələ Sautqeytlə əlaqə saxlamayıb.

Qeyd edək ki, Sautqeyt İngiltərə millisindəki fəaliyyətini 2024-cü il Avropa çempionatının finalında məğlubiyyətdən sonra dayandırıb və hazırda məşqçiliklə məşğul deyil.

Chosen
60
90deqiqe.az

1Sources