“Avropa Siyasi Birliyi”nin növbəti – 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Mən iştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı rəsmi olaraq İrəvana dəvət etdim. Onların hər birinə ev sahibliyi etmək böyük şərəfdir”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl erməni mediasında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da İrəvanda keçiriləcək sözügedən sammitə gedəcəyinə dair məlumatlar yayılmışdı.
"Cebheinfo.az"