EN

III MDB Oyunlarında çövkən yarımfinalçılarının adları bilindi

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarının qrup mərhələsi başa çatıb.

90deqiqe.Az xəbər verir ki, B qrupunda Türkiyə ilə qarşılaşan Qazaxıstan millisi rəqibini 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Günün ilk oyununda isə Qırğızıstan Küveyti 2:0 hesabı ilə üstələyərək adını növbəti mərhələyə yazdırıb.

Beləliklə, çövkən üzrə yarımfinal mərhələsində Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.

Chosen
78
90deqiqe.az

1Sources