EN

"OpenAI" dünyanın ən bahalı özəl şirkəti olub

"ChatGPT" çatbotunun yaradıcısı olan "OpenAI" şirkəti səhmlərin səhmdarlara ikinci satışına dair sazişini həyata keçirdikdən sonra dünyanın ən bahalı özəl şirkəti olub.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətin dəyəri 500 milyard dollar təşkil edib.

Məlumata görə, şirkətin iki ildən çox səhm sahibi olan əməkdaşlarına öz səhmlərini satmaq imkanı təqdim edilib.

Ümumilikdə 6.6 milyard dollar məbləğində kağızlar satılıb, halbuki icazə 10.3 milyard dollara qədər satışı nəzərdə tutub.

Qeyd edək ki, cari ilin aprelində tamamlanan investisiya raundunda "OpenAI" 300 milyard dollar dəyərində qiymətləndirilib.

Chosen
2
4
day.az

5Sources