"20 il ötüb, amma indi belÉ™ danışarkÉ™n o andakı hisslÉ™ri keçirirÉ™m. Bakıda fÉ™aliyyÉ™tÉ™ yeni baÅŸladığımız dönÉ™m idi. Bir körpÉ™ uÅŸaq üzÉ™rindÉ™ É™mÉ™liyyat icra edirdik. ElÉ™ bir mÉ™qamla üz-üzÉ™ idik ki, bütün çarÉ™lÉ™rin bitdiyi an yaÅŸanırdı".Â
News24.az xəbər verir ki, bunu "Qaranlıqda həqiqət" verilişinin qonağı olmuş ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, həmin an geri dönüşün mümkünsüz olduğunu düşünsələr də, ümidini itirməyib:
"İnsan hər zaman çətinliyə düşəndə Allahdan dəstək istəyər, amma bu çox fərqli məqam idi. Komanda qərar verdi ki, hər şey bitdi. Hər şey bitdikdən sonra yeni bir manevrlə prosesə başladıq. Uşaq yenidən həyata qaytarıldı. Lakin uşağın beyninin zədə alıb-almadığı bəlli deyildi. Xaricdən olan ekspertlər belə dedilər ki, bu beynin sağalma ehtimalı yoxdur. 24 saat gözləməli idik.
Gecə saat 3-də həmin uşağın nənəsi hər şeydən xəbərsiz vəfat etdi. Saat 4-də isə reanimasiyanın həkimi həyəcanla otağıma zəng etdi..."
Daha ətraflı videomaterialda: