EN

Britaniyada sinaqoqa hücum olub, 2 nəfər ölüb -FOTO

Böyük Britaniyanın Mançester əyalətində sinaqoqda bıçaqlı hücum olub.

Vətəninfo.az  xəbər verir ki, polis hadisə nəticəsində 4 nəfərin xəsarət aldığını, iki nəfərin isə öldüyünü bildirib.

Hücum edən şəxs əvvəlcə avtomobilini birbaşa sinaqoqun yaxınlığındakı yoldan keçənlərin üzərinə sürüb, sonra isə bıçaqla onlara hücum edib. Polis şübhəli şəxsi güllələyərək öldürüb.

Böyük Britaniyanın Baş naziri Kir Starmer sinaqoqdakı hücumdan şoka düşdüyünü bildirib və qeyd edib ki, hadisənin müqəddəs Yom Kippur günündə baş verməsi onu “daha dəhşətli” edir.

Polis təhülkənin sovuşduğunu və hücumu törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
36
veteninfo.az

1Sources