EN

Milli Məclis və Britaniya İcmalar Palatası arasında əlaqələr müzakirə edilib

"Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti (P20) çərçivəsində Milli Məclis sədri Sahibə Qafarova və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl arasında keçirilən görüşdə parlamentlərarası əlaqələr müzakirə edilib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Milli Məclisin sədri Sinqapur Parlamentinin sədri Seah Kian Penq və Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə də görüşüb.

Milli Milli
Chosen
14
6
apa.az

10Sources