EN

III MDB Oyunlarında Azərbaycan karateçiləri yarışlara çıxır

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

III MDB Oyunlarında Azərbaycan karateçiləri 3 oktyabr tarixində yarışlarda iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, kişilərin kata kateqoriyasında Roman Heydərov (A) və Rövşən Əliyev (B), qadınların kata kateqoriyasında isə Ramilə Heydərova (A) və Samirə Məmmədova (B) ölkəmizi təmsil edəcək.

Kumite yarışlarında kişilər 60 kq çəki dərəcəsində Fərid Savadov (A) və Fariz Şahbazov (B), 67 kq çəki dərəcəsində isə Nuran Rzazadə (A) və Aslan Dostuyev (B) mübarizə aparacaq.

Qadınlar kumite yarışlarında 50 kq çəki dərəcəsində Fatimə Cəbrayılova (A) və İnci Əzizova (B), 55 kq çəki dərəcəsində isə Mədinə Sadıqova (A) və Nəzrin Piriyeva (B) medal uğrunda mübarizə aparacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
1
icma.az

2Sources