EN

UNEC-də inklüziv ali təhsilə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)

Bakı. Trend:

UNEC-də“İnklüziv ali təhsil: Akademik mobillik və beynəlxalq təhsilinəlçatanlığı” mövzusunda beynəlxalq konfranskeçirilir.

UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 illikyubileyinə həsr olunan konfransın açılışında yerli və beynəlxalqekspertlər, ali təhsil müəssisələrinin nümayəndələri, tələbələr vədigər qonaqlar iştirak ediblər.

UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimovaaçılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın əsas məqsədiinklüziv təhsil sahəsində yerli və xarici ekspertləri bir arayagətirərək, inklüziv təhsil strategiyalarını, rəqəmsaltransformasiyanın imkanlarını və süni intellektin tətbiqi ilə bağlıçağırışları müzakirə etməkdir.

O, mərkəzin 10 illik fəaliyyətinə nəzər salaraq, universitetdəuğurlu İnklüziv təhsil modelinin yaradıldığını bildirib. Əlilliyiolan gənclərin ali təhsil seçimində UNEC-in üstünlük təşkiletdiyini və tələbələrin sayının ildən-ilə artıdığını bildirib.Onlar üçün inklüziv mühitin formalaşdırıldığını, beynəlxalqmübadilə proqramlarında iştirak imkanları yaradıldığını, eynizamanda UNEC-də Psixoloji Xidmət Mərkəzinin fəaliyyət göstərdiyinivə tələbələr üçün dəstək imkanlarının genişləndirildiyini diqqətəçatdırıb.

Sonra tələbələrlə iş üzrə prorektor, dosent Səadət QəndilovaUNEC-də 2025-ci ilin “İnklüziv təhsil ili” elan olunduğunu diqqətəçatdıraraq təhsilin əlçatanlığının və inklüziv mühitin təminedilməsinin universitetin əsas dəyərlərindən biri olduğunuvurğulayıb. O, UNEC-də İnklüziv Təhsil Mərkəzi ilə yanaşı, könüllütələbələrdən ibarət “İnklüziv Təhsilə Dəstək Təşkilatı”nın dafəaliyyət göstərdiyini bildirib.

“British Council Azərbaycan”ın direktoru Nərgiz Hacıyevaçıxışında inklüziv mühitin dəstəklənməsinin əhəmiyyətindəndanışaraq, əlçatan təhsilin inklüzivliyin əsas amillərindənolduğunu bildirib. O, bərabər imkanlar üzərində qurulan təhsilincəmiyyəti daha güclü, dayanıqlı və yaradıcı etdiyinivurğulayıb.

Dünya Əlillər Cəmiyyətinin icraçı direktoru Necdet ÖztürkUNEC-lə uzunmüddətli uğurlu əməkdaşlıqdan söz açıb, bu ali təhsilmüəssisəsinin inklüziv təhsil sahəsində uğurlu model yaratdığınıdiqqətə çatdırıb. “Hazırda dünyada yaşayan insanların 15 faiziəlilliyi olan şəxslərdir. Bu insanlar dövlətlərin, ali məktəblərinvə ictimaiyyətin əsas diqqət mərkəzində olmalıdır” - deyən N.ÖztürkUNEC-in bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. O,konfrans çərçivəsində səsləndiriləcək təkliflərin bu istiqamətdəfaydalı olacağına inamını ifadə edib və konfrasın işinə uğurlararzulayıb.

Konfransda çıxış edənlər inklüziv təhsil istiqamətində öztəcrübələrini, eləcə də uğurlu modelləri bölüşüblər. Xüsusi təhsilehtiyacları olan tələbələrin beynəlxalq təhsil imkanlarındanistifadə etməsinin, həmçinin rəqəmsal texnologiyaların və süniintellektin inklüziv təhsildə tətbiqinin əhəmiyyətinivurğulayıblar.

Açılış sessiyasından sonra “İnklüziv ali təhsildə qlobaltrendlər” və “Xüsusi təhsil ehtiyacları olan tələbələr üçünbeynəlxalq mübadilə proqramlarına çıxış imkanları” mövzularındapanel müzakirələri keçirilib.

Konfrans oktyabrın 3-dək davam edəcək.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Chosen
32
9
az.trend.az

10Sources