EN

Fransada kütləvi etirazlar başlayıb

Ajans.az yerli KİV-lərə istinadən xəbər verir ki, cümə axşamı etirazlar xüsusilə Paris və ölkənin cənub bölgələrində geniş vüsət alıb. Etirazların təşəbbüskarları ölkənin əsas həmkarlar ittifaqlarıdır. Onlar oktyabrın 2-nə yeni etiraz aksiyalarının keçiriləcəyini öncədən elan etmişdilər. Fransa Daxili İşlər Nazirliyi bildirir ki, etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün ölkə üzrə 76 min, Paris və ətrafında isə 5 min polis və jandarm səfərbər edilib. Le Figaro qəzetinin məlumatına görə, etirazçılar cənub bölgələrində ictimai nəqliyyatın hərəkətinə ciddi təsir göstəriblər. Regional dəmir yolu xətlərində ciddi pozuntular yaşanır, bir neçə şəhərlərarası qatarın cədvəli dəyişdirilib. Parisdə isə bir neçə metro stansiyası bağlanıb, iki RER xəttində fasilələr yaranıb. Həmçinin bir tramvay xətti pozulub və bir neçə avtobus dayanacağı fəaliyyətini dayandırıb. Etiraz aksiyaları yalnız nəqliyyatla məhdudlaşmayıb. Etirazçılar ölkənin müxtəlif bölgələrində bir sıra böyük sənaye müəssisələrinin fəaliyyətini də dayandırıblar. Məlumatlara görə:
  • Fransanın ÅŸimalında Stellantis avtomobil zavodu vÉ™ Michelin tÉ™kÉ™r istehsalı müəssisÉ™si baÄŸlanıb;
  • CÉ™nubdakı Tuluza ÅŸÉ™hÉ™rindÉ™ isÉ™ Thales texnologiya ÅŸirkÉ™tinin zavoduna giriÅŸ bloklanıb;
  • Paris É™trafında isÉ™ velosipedlÉ™ hÉ™rÉ™kÉ™t edÉ™n fÉ™allar Thales-in qÉ™rargahının giriÅŸini baÄŸlayıblar.
Le Parisien qəzetinin yazdığına görə, bu səhər Lyon şəhərində 20 nəfərlik etirazçı qrupu dairəvi avtomobil yolunu bağlamağa cəhd edib. Polis bu aksiyanın qarşısını dərhal alıb və iki nəfəri saxlayıb. Etirazların gün ərzində davam edəcəyi gözlənilir.

 

Chosen
5
Ajans.az

1Sources