EN

Cabir İmanovun ürəyi hansı qadağalara DÖZMƏDİ?

Məlum olduğu kimi, sevilən aktyor, Azərbaycanın Əməkdar artisti Cabir İmanov sentyabrın 29-da dünyasını dəyişib. Cəmi 49 yaşında həyata əlvida deyən Cabir İmanovun ölümünə qəfil infarkt, yəni ürək tutması səbəb oldu.

Mərhumun dostları, yaxınları mətbuata açıqlamalarında Cabir İmanovun sağlam həyat tərzi keçirdiyini, idmanla məşğul olduğunu, qida rasionuna diqqət yetirdiyini bildiriblər. İzləyicilər də onu daim gülərüz, gümrah bir insan kimi xatırlayırlar.

Bəs Cabir İmanovun cəmi 49 yaşında ürək tutmasından vəfat etməsinə nə səbəb olub? Toyuqlu pizza

Tibbi baxımdan uzunmüddətli stress vəziyyətinin ürəyə ciddi zərər vurduğu ilə bağlı faktlar kifayət qədərdir. El arasında “çərləyib ölmək” ifadəsi də məhz bu səbəbdən ortaya çıxıb.

Bir sənətçi üçün ən böyük zərbə heç şübhəsiz səhnədən, tamaşaçılardan uzaq qalmaqdır. Cabir İmanov da səhnə ilə yaşayan, tamaşaçıların qarşısında çıxış etdikdə xoşbəxt olan şəxslərdən idi.

Özəl televiziyaların maneələri

Ancaq onun bu arzusunu gerçəkləşdirməsinə uzun illər müxtəlif maneələr törədilib.

“Parni iz Baku” komandasının üzvü, Cabir İmanovun qardaşı Tahir İmanov 2019-cu il martın 1-də Prezident İlham Əliyevin incəsənət xadimləri ilə görüşü zamanı həmin məhdudiyyətlərdən söz açmışdı. O, özəl televiziyalarda “Bakılı oğlanlar”a qadağa qoyulduğunu bildirmişdi.

Prezidentdən qadağalarla bağlı tapşırıq

Tahir İmanovun bu şikayətinə cavab olaraq Prezident İlham Əliyev “heç kim sizə qadağa qoya bilməz”, - deyə vurğulamışdı. Yalnız bundan sonra “Bakılı oğlanlar”a qoyulan qadağa aradan qalxdı. Nəticədə sevimli aktyorlarımız yenidən özəl televiziyalarda tamaşaçıların qarşısına çıxmaq imkanı qazandılar.

Mərhum Cabir İmanov da illər əvvəl efirdə bəzi vəzifəli şəxslərin onların fəaliyyətinə maneələr yaratdığını açıq şəkildə bildirmişdi:

 “Bizim “Planet Parni iz Baku” ölkə daxilindəki problemləri göstərirdi. Tamaşalarımızdan bir neçəsində Ulu Öndər Heydər Əliyev də iştirak edirdi və onları bəyənirdi. Buna baxmayaraq bir neçə özünü “ağıllı” hesab edən adamlar istədilər ki, bizim Ulu Öndərlə aramızı vursunlar. Hətta elələri var idi ki, bizə “siz müxalifyönümlü fikirlər, dövlət əlehinə şüarlar səsləndirirsiniz” deyirdilər”.

İmanov qardaşları Əli Həsənovdan şikayət edirdi?

 Göründüyü kimi, həm mərhum Cabir İmanovun özü, həm də Tahir İmanov vaxtilə “Parni iz Baku”nun fəaliyyətinə qoyulan məhdudiyyətləri açıq şəkildə bildirmişdilər.

 Tahir İmanovun şikayətini səsləndirdiyi dövrü də nəzərə alsaq, onların qadağalarla bağlı PA-nın sabiq şöbə müdiri Əli Həsənovdan bəhs etdiklərini ehtimal etmək mümkündür.  

 Təbii ki, bu cür maneələrin Cabir İmanovun sağlamlığına mənfi təsir göstərməsi də şübhə doğurmur.

 Digər diqqətçəkən məqam isə mərhum sənətçinin daha əvvəl də infarkt keçirməsi idi. Görünür, sözügedən qadağalar Cabir İmanovun səhhətində ağır izlər buraxaraq, sevimli sənətçimizin qəfil dünyadan köçməsinə təsir edən faktorlardan biri olub.

Sfera.az

 


Telegram kanalımız
Chosen
17
1
yenisabah.az

2Sources