EN

2050-ci ilə qədər xərçəng xəstələrinin sayı 30 milyonu keçə bilər - ARAŞDIRMA

2050-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının 30,5 milyona, bu xəstəlikdən ölənlərin sayının isə 18,6 milyona çatacağı proqnozlaşdırılır.

Missiya.Az xəbər verir ki, bu barədə “The Lancet” jurnalında dərc olunan Qlobal Xəstəlik Yükü (GBD) araşdırmasında qeyd olunub.

2023-cü ildə dünyada 18,5 milyon xərçəng hadisəsi, 10,4 milyon ölüm qeydə alınıb. Ən çox yayılan xərçəng növü döş xərçəngi (2,3 milyon hal), ən ölümcülü isə ağciyər xərçəngi olub.

Tədqiqatda xərçəng riskini artıran 44 faktor müəyyən edilib. Bunlara siqaret, alkoqol, qeyri-sağlam qidalanma, piylənmə və hava çirkliliyi daxildir. Siqaretin 16, alkoqolun isə 10 növünün xərçəngə səbəb ola biləcəyi vurğulanıb.

Mütəxəssislər xəstəliyin qarşısının alınması üçün erkən diaqnoz, sağlam həyat tərzi və səhiyyə xidmətlərinə bərabər çıxışın vacibliyini bildirirlər.

Seyranə QuliyevaMissiya.Az

Chosen
32
1
missiya.az

2Sources