EN

Azərbaycanda problemli ipoteka kreditlərinin həcmi azalıb

Azərbaycanın kredit bazarında ən sağlam və dayanıqlı seqment olan ipoteka kreditləşməsində müsbət tendensiya davam edir. Sentyabrın 1-nə olan məlumata görə, problemli ipoteka kreditlərinin həcmi 31,6 milyon manata enib.

FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon manat və ya 13% azalma deməkdir.

Belə ki, ötən il sentyabrın 1-də problemli ipoteka kreditlərinin həcmi 36,3 milyon manat səviyyəsində idi.

Azalma tendensiyası bütün müqayisə dövrlərində müşahidə olunub. Ötən ilin sonuna (34 mln. manat) nəzərən portfel 2,4 milyon manat (7,1%), son bir ayda (avqusta nəzərən) isə 1,7 milyon manat (5,1%) azalıb.

Müqayisə üçün bildirək ki, problemli ipoteka kreditləri portfeli ötən ilin eyni dövründə 36,3 milyon manat, ötən ilin sonunda 34 milyon manat, bu ilin avqustun 1-də isə 33,3 milyon manat səviyyəsində idi.

Problemli ipoteka kreditlərinin ümumi ipoteka portfelindəki payı cəmi 0,7% təşkil edir. Bu göstərici ötən ilin eyni dövrü (0,9%) ilə müqayisədə 0,2 faiz bəndi, ötən ilin sonu (0,8%) ilə müqayisədə isə 0,1 faiz bəndi yaxşılaşıb. Son bir ayla müqayisədə isə portfelin keyfiyyəti dəyişməyib.

Chosen
25
fed.az

1Sources