Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl Albaniyanın baş naziri Edi Rama Azərbaycan və Fransa liderləri İlham Əliyev və Emmanuel Makronla söhbət edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Ramanın Makronla etdiyi zarafat diqqət çəkib.
Belə ki, o, zarafatla Makrona, "Siz məni və İlham Əliyevi təbrik etmədiniz. Tramp aramızdakı "münaqişə"yə son qoydu", - deyib.
Bunun fonunda Makron Albaniyanın baş nazirinin üzünə zarafatla sillə vurub və gedib. Görüntü dünya mediasında gündəm olub.
Gülayə Mecid