EN

Edi Rama Emmanuel Makronla zarafatlaşdı: "Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kopenhagen şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan sülh prosesi haqqında danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Edi Rama Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq, Makrona zarafatla söyləyib:
"Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz".
Chosen
75
50
oxu.az

10Sources