EN

Ötən ay neçə nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb?

Bakı. Trend:

2025-ci ilin sentyabr ayı ərzində xüsusi şərtlərlə əməkpensiyası alanların sayı 149 513 nəfər olub.

Trend xəbər verir ki, bu barədə Dövlət SosialMüdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 113 147 nəfəri yaşa, 14 216 nəfəriəlilliyə, 22 150 nəfəri isə ailə başçısını itirməyə görə pensiyaalıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayı xüsusi şərtlərlə əməkpensiyası alanların sayı 145 411 nəfər olub. Onların 109 956 nəfəriyaşa, 14 492 nəfəri əlilliyə, 20 963 nəfəri isə ailə başçısınıitirməyə görə pensiya alıb.

Məqalədə:
Chosen
79
12
az.trend.az

10Sources