EN

“Forbes”in siyahısındakı milyarder qapıçıya maşın bağışladı

"Forbes"in 30 yaşadək siyahısında yer alan sahibkar Uluqbek Şaripov "Kayrat"ın 18 yaşlı qapıçısı Şerxan Kalmurzaya "Exeed" adlı Çin avtomobili hədiyyə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Şaripovun sosial şəbəkəsində məlumat yayılıb.

Bu, Çempionlar Liqasının ikinci turunda "Kayrat"ın "Real Madrid"ə 5:0 hesabı ilə uduzmasından sonra baş verib. pizza sifarişi

"Kiçik bir hədiyyə. Siz əla iş görmüsünüz, bizə o qədər emosiyalar yaşatdınız. Əsas odur ki, yerinizdə saymayın", - Şaripov deyib.

Kalmurza sosial şəbəkədə həmin anın videosunu yerləşdirərək, "Sən əsl kişisən, sənə hörmət edirəm. Bir daha çox sağ ol", - yazıb.


Telegram kanalımız
Chosen
103
1
yenisabah.az

2Sources