EN

Vəzifədən gedən Elnur Nəsibovu KİM ƏVƏZ EDƏCƏK?

Yazını böyüt
Yazını kiçilt

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Hafta.az xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun məlumatında bildirilir. Onun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu qeyd edilib.

Bildirilir ki, E.Nəsibovu müvəqqəti olaraq Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı əvəzləyəcək.

QEYD:

Elnur Nəsibov 12 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 1999-cu ildə Beynəlxalq Münasibətlər üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirib.

2003-2005-ci illərdə Xəzər Universiteti, 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər nəzəriyyəsi fənnini tədris edib.

Bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən Beynəlxalq Əmək Təşkilatının Azərbaycan və Özbəkistanda yerləşən ofislərində müxtəlif vəzifələrdə çalışıb, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktor müavini vəzifəsində çalışıb.

2020-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri olub.

2022-ci ildən etibarən Təhsilin İnkişafı Fondunun sədri idi.

Chosen
51
3
hafta.az

7Sources