Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növündə mübarizə aparılacaq.
Doğru.az xəbər verir ki, Şəkidə çövkən üzrə Qırğızıstan-Küveyt və Qazaxıstan-Türkiyə komandaları üz-üzə gələcək, batut gimnastikasında isə ilk medalçılar müəyyənləşəcək. Qəbələdə badminton üzrə Rusiya-Özbəkistan qarışıq komandalarının final oyunu keçiriləcək.
Gəncədə Azərbaycan millisinin voleybol üzrə oğlanlardan ibarət komandası Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.
Yevlaxda boks, Xankəndidə isə oxatma yarışları təşkil olunacaq.
Qeyd edək ki, 13 ölkədən 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
DOĞRU.AZ