EN

Enerji səmərəliliyi qaza qənaətin və ixrac artımının açarıdır - SOCAR prezidenti

Bakı. Trend:

Enerji səmərəliliyinin artırılması və qaz istehlakınınazalmasının iqtisadi artım hesabına baş verməməsinin təmin olunmasıəsas prioritetlər olaraq qalır.

Trend xəbər verirki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Astanada keçirilən KAZENERGYAvrasiya Forumunun açılışında deyib.

“Biz həm məişət sektorunda, həm də sənayedə daha enerji səmərəlihəllərə keçid hesabına qazın qənaət edilməsi üçün bir çox imkanlaraşkarlamışıq. Bu, həmçinin ixrac oluna biləcək qazın daha azistehlak olunmasına imkan yaradır”, – deyə Nəcəf bildirib.

O vurğulayıb ki, qaz istehlakının azalması müxtəlifkontekstlərdə qiymətləndirilməlidir:

“Söhbət Avropadan və qaz istehlakının azalmasından gedəndə,səbəbləri anlamaq vacibdir. Bu, alternativ mənbələrə keçidlə, yoxsasənaye istehsalının və iqtisadi fəallığın zəifləməsi ilə bağlıdır?Bizim üçün vacib olan odur ki, qaz istehlakının azalması sənayeistehsalının azalması hesabına baş verməsin. Üstünlük iqtisadiyyatalazım olan enerjini təmin edən alternativ həllərəverilməlidir”.

İnvestisiya prioritetlərindən danışarkən Rövşən Nəcəf bunlarıvurğulayıb:

“Bütün layihələr bizim üçün prioritetdir, çünki onlar bir-birinitamamlayır. Onları paralel şəkildə, bir-birinə mane olmadan həyatakeçirmək mümkündür. Bir neçə layihənin eyni vaxtda reallaşdırılmasıisə ortaq infrastrukturun yaradılmasına kömək edir”.

SOCAR prezidenti belə yanaşmanın iqtisadi üstünlüklərinə dədiqqət çəkib: “Əgər qazma qurğusunu və ya gəmiləri eyni vaxtdabeş-altı layihədə işə cəlb etsək, bu, xeyli qənaət etməyə, həmçininbütün layihələrin istifadə edə biləcəyi ortaq infrastruktur – ixracqaz və ya neft kəmərləri yaratmağa imkan verir. Bu isə kapitalxərclərini azaldır”.

Sonda o, rəqabət qabiliyyətində dəyərin rolunu vurğulayıb:

“Bu gün kapital xərcləri nə qədər az olarsa, mənfəət bir o qədəryüksək olur, çünki neft və qazın qiymətləri demək olar ki, eynidir.Müqayisəvi üstünlük xərclərin azaldılması hesabına əldə olunur. Onagörə də layihələrin paralel icrası xərclərin optimallaşdırılmasınakömək edir”.

Məqalədə:
Chosen
56
az.trend.az

1Sources