EN

Tramp: "Rütbəniz də, gələcəyiniz də itiriləcək"

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun yüzlərlə yüksək rütbəli komandirləri qarşısında etdiyi çıxışı ilə gündəmə gəlib.

Hafta.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Virciniyadakı hərbi bazada 800-ə yaxın yüksək rütbəli zabiti toplayan Tramp bir saatlıq nitqlə bir çox mövzuda, o cümlədən ordunun fəaliyyəti və qlobal məsələlərlə bağlı mesajlar verib.

Qeyd edilir ki, o, öz çıxışına "dediklərim xoşunuza gəlmirsə, otağı tərk edə bilərsiniz, amma o zaman rütbəniz də, gələcəyiniz də itiriləcək" sözləri ilə başlayıb. Daha sonra Tramp çıxışında daxili təhlükəsizlik məsələlərinə diqqət çəkib. O, ölkənin cinayət və qeyri-qanuni immiqrasiyadan qaynaqlanan “daxili müharibə” ilə üz-üzə olduğunu qeyd edib.

Chosen
20
hafta.az

1Sources