EN

Tarixdə 500 milyard dollarlıq sərvət olan ilk insan: O OLDU

Amerikalı sahibkar Elon Mask daha bir mərhələni keçərək tarixdə 500 milyard dollarlıq sərvətlə ilk insan oldu. 

“Cebheinfo.az” “Forbes Real-Time”-ıə istinadən yazır ki, rekord göstərici şərq vaxtı vaxtı ilə 15:30-da əldə edilib.

“Forbes” indeksi sonradan az dəyişib. 23:10-a olan məlumata görə, jurnal Maskın sərvətini 499,5 milyard dollar qiymətləndirir.

RBC-nin məlumatına görə, “Tesla” səhmləri bu gün ticarətin bağlanışında təxminən 4% artaraq Maskın xalis sərvətini təxminən 9,3 milyard dollar artırıb. 

Maskın aprel ayında “Tesla”ya daha çox vaxt ayırmaq üçün Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verdiyini elan etdikdən sonra elektrik avtomobil istehsalçısının səhmlərinin qiyməti təxminən iki dəfə artıb.

Chosen
19
cebheinfo.az

1Sources