Adelet.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu gün Azərbaycanın böyük şairi Vaqif Bayatlı Odərin doğum günüdür. Adalet.az bu münasibətlə şairin seçmə şeirlərini oxuculara təqdim edir:* * *Səni niyə belə sevdim,belə istədim niyə,canımdakı min tikana,bir gülə istədim niyə?!Eşqdə gizlətdim bu canıgörəmməyən varmı, hanı?!həm gizlətdim, həm də hamıbilə istədim niyə?Min illərçün də AllahdanGecə-gündüz, hər an, hər ansəni özümə həm sultan,həm də, həm dəkölə istədim niyə?!Yupyumru eşq iləSevir kimsə kimsəni,Bir kimsənin üstünəgəl, mən də sevim səniyupyumuru,yepyeni bir eşq iləyenə sənin üstünə.Gör, sevgi üstə sevgimieşq eşqdən baş alan kimi,eşq eşqi daşıran kimi,Allah da aşıran kimihər ləçəyi ləçəyin,gülü gülün üstünə,göyü göyün, ayı ayın,günü günün üstünə.Gör, quş quşa şığıyantək,gül gülə sığınantək,son nəğmə oxunantəkilk nəğmənin üstünə.Gör, ikiqat sevgidən,ikiqat eşqdən bu naşı da dəm,gözünün yaşı da dəm,ha içər yenə də kəmqəmi dəmin üstünə,dəmi qəmin üstünə.Səni sevmək istəyirəmDünyanın ən güclü adamıola da bilmərəm,olmaq da istəmirəm.İstəmirəm bir kimsəmənimlə qorxuda bir kimsəni.Dünyanın ən varlı adamıola da bilmərəm,olmaq da istəmirəm.Mənə ən böyük dünya varıqapı,pəncərəsi açıqüzü-gözü gülən bir alaçıq!Mən səni, mən səniDünyada hamıdan çoxsevə də bilmərəm,sevmək də istəmirəm,çünki ancaq yalandan sevənlərhamıdan çox sevirlər.Mən səni sakitcə, yavaşcasevmək istəyirəm.Sevmək istəyirəm Tanrıdan yazılantək,Bir balaca quşÖz balaca yuvasınınküncünə qısılantək***Səni sevən ölüm kimi,Səni candan ata bilməz.Səni sevən vətən bilməz,Ana bilməz, ata bilməz.Səni sevmək təhlükəli,Səni sevib, sevib təkcə,Yaşamaq da mümkün deyil,Səni sevib ölmədikcə.Bəlkə bir gün, bəlkə min il,Sevgiyə azadlıq gərək.Heç Allah da azad deyil,Sən azad olduğuntək.İnsan sevməz min illərcə,İnsan bu gün, sabah sevər.Sən istəyən, sən sevəntək,Bəlkə, ancaq Allah sevər.***Qara qız ol, qara torpaq,ol dəlin olum sənin.Gir qoynuma, tək məni sev,Son sevgilin olum sənin.Gir qoynuma, dol canıma,Tapmasın heç bir ölkə,Heç bir ölüm, din səni.Gecə-gündüz öpə-öpə,Sən cücərdən güldən gözəl,Canımdan cücərdim səni,Bir də tökülmə gözümə,Tökülmə üstümə bir də,Qara qız ol, qara torpaq,Qara qız ol,Elə sevim ki, səni,Heç kimi istəmə bir də.***Sevdim Allaha bənzədim,Öldüm, sevgimi bəzədim,Mən səni min il gözlədim,Sevdim keçdim təzə minə.Kim sevmirsə, demək gülmür,Sevib gül olmayıb hələ,Bəlkə Allah görmür onu,Bəlkə doğulmayıb hələ.Ancaq eşqdən bir dünyayçünÖlümü də sevib ötdüm,Ölümüm də döndü gülə,Hər iki dünya! Mən getdimXoşca qalın! Gülə-gülə!***Bu dünyada sirr axtarma,bu dünyanın sirri yoxmuş.Yaşamağa yer axtarma,ölməyə də yeri yoxmuş.Sevişməyə bir dəli yox,asılmağa bir teli yox,Yürüməyə irəli yox,qayıtmağa geri yoxmuş.Önər belə dərdə dönmüş,dərd də yoxdu, dərdi dönmüş.gördüm Allah burda imiş,döndü üzü bəri, yoxmuş.* * *Xan ceyranın qaçışında,Ən şahanə uçuşunda,Ya alnında,ya döşündə,Bir ox yeri var,yeri var.Düşməzsən şahlıq atından,Göyün yeddinci qatından,Hər bəyaz telin altında,Bir ah yeri var,yeri var.Ən kimsəsiz küçə sənin,Küçə sənin,gecə mənim,Sən bağlayan pəncərənin ,Bir dön bəri bax yeri var.Dünya söndükcəSən görünürsən, İlahi...Min ildi, milyon ildiGöylərdə ayaqyalınSənə sarı qaçıram,ayaqlarım sevinir,yolum sevinir, Allah,Hər gün sənin göyünəmismarlanır, dincəlir,qolum sevinir, Allah.Sevgin, ancaq sevgin varbütün kainat boyuqanrılan, qanı damanqollarımın gözündə,bəs nədən əzab gəzirqolumu dəlib keçənmismarların üzündə?!Min ağrıyla, əzablaNecə qıvrılır onlar,Heç ağrı yoxdu mənə,quş kimiyəm, İlahi,yenə uçuram sənə,Qolumdakı mismarlaryalvarırlar ağrıdan,yalvarırlar əzabdan,Xilas elə onları,Xilas elə, İlahi.Xilas elə əzabdanBoynumdakı kəndiri,Altında dayandığımBu dar ağacını da,xilas elə, İlahi.Hər an bu göyüzünə,həm də sənə tuşlanan,yenidən dönə-dönəməndən keçən gülləniağrılardan, əzabdanxilas elə, İlahi.Şükür, İlahi, şükür,Min ildi, milyon ildiBağlayıb yollarımıBir-birinin ucuna,Gəlib çatdım axırıSənin dar ağacına,Kəndirin dartıldıqcaboynum dincəlir, Allah,Boynum dincələn görübTez vururlar boynumu,Çiynim dincəlir, Allah.Şükür, şükür, çox şükür,Sən yenə göyüzündənyerə enirsən, İlahi.dünya gözümdə söndükcəsən görünürsən, İlahi.Unutdular məni, unutdular...könül bağladığım adamlar,sirr verib sirrini saxladığım adamlar,yanlarında ağladığım adamlar, dünya gələ, gedəçıxmaz yadımdan.əlim əllərindən çəkilməmiş,yıxıq könüllər tikilməmişqonur gözləriməqara torpaqlar tökülməmişunutdular, məni unutdular...görünmədim gözlərinə,görünmədim gözlərinəgöz görmədikönül unutdu...görünmərəm gözüm dörddü,bu dünyada yaman dərddigörünməzsən, unudarlar.düşünürəm öz dalımca,gözüm dolur.hamı səni unudandabu yalanlı dünyadaölümlər gerçək olur...Sevgi sevgiyləDərd dərdlə unudulurUnudulacaq bütün sevdalar,Unudulacaq bütün nəğmələr,Unudulacaq unudulmaz hər nə var,Ancaq təkcə mən səniyenidən sevməkçün hər baharyenidən unudacağam.Ən gözəl xatirə dəən acı göz yaşıtək udulur,udulur, unudulur,yurd yurdla,sevgi sevgiylə, dərd dərdlə,insan insanla,İsa Məhəmmədlə unudulur…Həddən çox şey bilirik bu dünyada.Boş şeydi! Unudulacaq hamısı!Unutduqlarımız yenidən, yeni başdansudan, torpaqdan, dağdan, daşdançıxırmıştək görünəcək bizə hər dönədə,ən solğun çiçəklərən işıqlı ulduzları sevəcək yenə də.Çiçək gözlüm, nəğmələr oxumaqla bitir,oynamaqla bitmir elə bil,gəl, bu nəğmə çatmamış sonabu sonsuz dünyanın sonunacanoynayaq bu nəğmənin havasına.Mən zalım adamam,kamançaQardaşım ağaclar, bacım çiçəklər,bir də söz tutdu sizi,söz tutdu, sevda qurutdu,üz tutub yüyürməyin mənə sarı,bağlanıb gözümünyaş qapaqları.Dünyanın bəla qapılarıqala qapıları, daş qapıları,yetim qapıları, boş qapılarıbağlanıb könlümə, bağlanıbbağlanıb gözümün yaş qapaqlarıMən söz bəlasıyam,zalım tifili.Sürüşüb alnımdan tanrının əlidaha sən dəsən də ağladammazsan mənimən zalım adamam, kamança.Bir qızın telləri əsdi üzüməGizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə...Bir də kimsəni sevməyəcəyəmBir də kimsəni sevməyəcəyəmBu gecə nədəndir hamıdan qabaqağrıyan, qəlbimə yanıram dostlar,Bir də sevda nədi, bilməyəcəyəm,Bir də bir kimsəni sevməyəcəyəm.Bir də bu dünyada eşqdən yazmağa,Gecələr azmağa daha halım yox.Bu xan oğlanlara, xanım qızlaraQara sevda nədi, bir sualım yox.Getdi gözlərimdən bir dəvə kini,Getdi qollarımdan küçə davası.Bahar ağaclardan çəkilən kimi.Çəkildi başımdan gənclik havası.Könlüm dəliliyi unutdu çoxdan,Axır ki, ağlımın səsinə uydum.Qonur gözlərimdə yorğunluq – haqdan,doydum küçələrdən, yollardan doydum.Bir də sevda nədi, bilməyəcəyəm,Bir də kimsəni sevməyəcəyəm.***Bir ocaq başında yarıyuxuluAnalar qısılıb böyür-böyürə,Qalıb balalara dünyanın çoxu.Hərənin sözündən bir şey qanılarBiri balasını tərifləyəndə -Yana baxa-baxa susub qalanlarAğlayar üzünün bir tərəfində,Göydən dillənən yox, göydən baxan yox,Taleyin sonunda donub gözləriBaşını qaldırıb göyə baxan yox,Böyük Göyüzündən küsüb üzləri.Allahdan, bəndədən qaçıb gizlicəAğlayar analar hey için-için.Ağlamaqdan asan dünyada nə varAğ telli, ağ üzlü analar üçün?!… Nəyə lazımıdı bu boyda dünyaÇoxda ki, ocaqlar his eləyirdi?Fağır analara, gül balalaraBu ocaq yanı da bəs eləyirdi...Sevgidən dəli olmağa bu dünyada eşq azımışAy ürək, ay baş, ay bədən,əl çəkin, əl çəkin, məndən,ancaq canım açanda,canım uçanda bilirəmsiz varsınız,bu göy, göyüzü deyilənqəfəs sizdən yaxşıdı,siz göydən də,göyüzündən də darsınız.Ancaq bu can açanda,bu can uçanda bilirəmnə qış qış, nə də yaz yazmış,sevgidən dəli olmağabu dünyadaeşq də, dəlilik də azımış.Çıxıb gedirəm, gedirəm,Bu göyüzünün altındaSevmədiyim bir tikan,Bir gül qoymaya-qoymaya,gedirəm, gedirəm,daha eşqli bir dünyaya,bu dünyada eşq tikanından da,gülündən də doymaya-doymaya.***Hər şair elə bilirdünyanın son şeirinio yazacaq, o ancaq,bu dünyada şeir də, söz dəonunla qurtaracaq.Bəlkə bundadı ləzzətielə şeir yazmağın da,bu böyüklükdə dünyanı,bu balaca külünglə -bu qələmlə qazmağın da.Mən də hər an bir daharuh kimi uçub Allaha,söz kimi görünüb gözə,yoxladım dünyanın sözə,sözün dünyaya tabını,beləcə batıb günahamən də, mən də yazıb getdimdünyanın son kitabını.Elə dünyadan qurtarcaqanladım insan alnınatale, alın yazısı yox,şeir yazır Allah ancaq,anladım bu dünyadaən son şeir Tanrı şeiri,ən son kitabTanrı kitabı olacaq.Anladım, Tanrım, anladım,alınmaz sənin üçünŞeirin ən gözəl görünən,ən gözəl yazılan yeri,qələmin quş kimi süzən,min naz ilə gəzən yeri,xəttin eşqdən süzülən,eşqdən nazilən yeri.Anladım biz hamımızbir tək ələ,bir tək qələmə tabeyik,bütün alınlar yan-yanaallahın şer kitabıyıq.Hər şairin şeiri dəTanrı şeiri içindəyazı içində yazı,can içində can kimi,qəfil güllədən sıçrayıbən uzaq ulduza qonanyaralı ceyran kimi.Qəribik, şairim, qəribik, sözümŞairlər qəribdi bu yer üzündəKüçədə, bayırda, evdə, eşikdə,Meşənin içində, çölün düzündəOğul, qız yanında, ata yanında.Qəribik, şairim, qəribik, sözüm,min illər sonra da ayrılıq yenə,qəmli axşamlartək enər göylərdənşairin qəbrinə, sözün qəlbinə.Qəribik, şairim, qəribik, sözüm,qəriblik əksilmir gözlərimizdən,dünya doğma gəlmir gözlərimizə,qəmi yığmaq olmur sözlərimizdən.Keçib gəldiyiGöyüzü kimidi şairin üzü -işığı saralar, buludu keçərgHər gün könlümüzdən, ürəyimizdəngöyüzünə dönmək umudu keçər.Analar doğmur şairləriAncaq, ancaqgöyüzünün dar ağacındandoğulur şairlər.Əzablar, qəmlər doğmur,Qılınclar, qələmlər doğmur şairləri...Ömrü boyu o dar ağacı altındaYaşayır, yazır şair,Qəfil sevgiyə hazır olantəkHər an qəfil ölümə hazır şair.Hara gedirsə getsin,gedir başı üstündədar ağacı şəklində mavi göyüzü,yaza-yaza boynundakıgörünməyən mavi kəndirihər gün bir az, bir azdartır, dartır şairin özü.Kim bilir bəlkə dəheç yerli-dibli yoxdu dar ağacı,Kəndir Tanrı sevgisitəkgöyüzündən uzanır,Tanrının əlindədikəndirin son ucu.Ömrümüzün o başınaQarış-qarış hara gedirbu yerişdə, bu duruşdabu gedən atlı qarışqa?!Bu gedən atlı qarışqatəzə bitən otlardan uca,Nə xəbərimiz varbu gedən atlı qarışqabəlkə bu qara daşdan da qoca,bu qara yoldan da qoca,Bu dağların göyü quş qanadından,bu torpağın üzü at nallarından,çiçəklərin üzü ay işığından,Doymaz könlüm, doymaz.Bu gedən atlı qarışqayollardan doymaz,kəsər-keçər ömrümüzüaylardan doymaz, illərdən doymaz.Qarış-qarışhara gedirbu atlı qarışqa?!Bu gedən atlı qarışqayolun bu daşındano daşına gedirömrün bu başındano başına gedir.Ölümdən sonra başlar şair ömrüNoldu birdən-birə, Mixail Yuriyeviç,İndicə gülürdünüz?!İndi qəbir tüfəng lüləsitək dar,Elə bilirdiniz hamının Allahı var?Diz çökün, cənab Martınov, diz çökün!Fələyin zülmü çox, Allahın mərhəməti!Diz çökün! Bir şair də söndü -Sevdalar yaşılı, ocaq kösöyü,Üstündə Allahı, üstündə göyü.Gözlər hədəqədə, ölüm sinədə,Alın yazısına, qara günə də,bazarda soğanın qiymətinə də,bir bəhanə gərək, bir bayıs gərəkGüllələyin şairləri! Sonra diz çökün!Kimin günahı var, kimin ahı var,Dünyanın nə qədər pis sabahı var.Hamsına, hamsına şairlər bayıs!Güllələyin şairləri! Sonra diz çökün!Güllələyin qulaqları, oxşamayan təzə sözü,Güllələyin damarlara sığmayan təzə qanı!Güllələyin lirikanı, Lorkanı, Nerudanı!Güllələyib güllələnmək əsridi,Güllələyib güllələnin!Qəbristanlıqlar ölüyə həsrət!Dəlixanalar dəliyə həsrət!Güllələyin şairləri!Koroğlu zəncirdə, Qıratı darda,Dəlləklər gəzirlər karetalarda.İndi ağlayanlar güləcək gorda,Gorda ağlayanlar güləcək harda?Güllələyin şairləri! Onsuz daŞairlər ölürlər yaz yağışından,Arvad qarğışından, qız baxışından,Dünyanın tələsik yır-yığışından,Günahlı, günahsız şairlər ölür.Güllələyin şairləri!Ancaq tövbə gecəsi əynində soyxa,qorxa-qorxaPuşkinin yarasın öpməyə yüyürsün Dantes,bir kilsə qapısında səhərəcənböyürsün Dantes;Bir də yol verin, yol verin cənab Martınovayıxılan Lermontovu qucaqlamağa...
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.