Kopenhagen.Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev KopenhagendəMoldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
Trend xəbərverir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlamentseçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət vəHəmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbrikləriniçatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əksetdirdiyini dedi.
Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O daöz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında AmerikaBirləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldəolunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbriketdi.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısıErmənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldəolunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirdi.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinədair fikir mübadiləsi aparıldı, xüsusilə də enerji sahəsindəəməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.
Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyacduyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksəkqiymətləndirildiyini qeyd etdi.