EN

Ağdamda yanğın: 2 nəfər xəsarət aldı

Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti alıb.

Bizim.Media xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus üçotaqlı evdə baş verən yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-nin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.


Bizim.Media

Chosen
17
9
bizim.media

10Sources