Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadadır və süni tənəffüs aparatına qoşulub.
Bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O qeyd edib ki, atası müəyyən reaksiya göstərir, sabah süni tənəffüs aparatından ayrıla bilər.
Səbuhi Vaqifoğlu vurğulayıb ki, Vaqif Vəliyevin səhhəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcək:
“Atam bir həftədir ki, Məlhəm Beynəlxalq Hospitalına yerləşdirilib. Mədəniyyət Nazirliyinə də bu haqda məlumat verilib. Atamın səhhəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etməyi düşünürük”.