EN

“Azərbaycan təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradıb”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Azərbaycanda qlobal iqlim dəyişmələrinin təsirlərinə adaptasiya çərçivəsində təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradıb. Bu çox vacib məsələlərdən biridir. Məlumatlarda deyilir ki, Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində müəyyən işlər görüb. Belə ki, 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-nin “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alıb”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında “Eko-Aləm” İctimai Birliyinin sədri, ekoloq Sevil Yüzbaşeva söyləyib.

S.Yüzbaşeva qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırıb: “Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb. Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin ikisi Şamaxı və Göygöl rayonlarında 9 mart 2021-ci il tarixində istifadəyə verilib. Bu məlumatlar saytlarda gedib, amma indi vəziyyət nə yerdədir deyə bilmərəm. Xəbərlərə görə Su İnformasiya Sistemi EkoPortal da yaradılıb. Buradan su ilə bağlı müəyyən məlumatları əldə etmək olar. Yerüstü suların keyfiyyətinə nəzarət məntəqələri yaradılıb. Əslində səth sularının çirklənməsi üzrə sistematik müşahidələr 1966-cı ildən başlayaraq aparılır. Bioloji Monitorinqlər həyata keçirilir”.

Onun sözlərinə görə, Azərbaycanın çay və göllərində suyun bioekoloji qiymətləndirilməsi həyata keçirilir: “Məlumatlarda həmçinin Avropa Su Çərçivə Direktivinin prinsiplərinə əsaslanaraq Kür hövzəsində və Qanıx çayında bioloji və hidrobioloji monitorinqləri aparır və Gürcüstan Respublikasının ekspertləri ilə əməkdaşlıq edir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources