EN

Nəsirzadə də təcili Türkiyəyə getdi Yeni müharibə?

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın müdafiə naziri Əziz Nəsirzadə Türkiyəyə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Türkiyə və İran regional və beynəlxalq məsələlərə, eləcə də bütün İslam dünyasına təsir edən iki islam dövlətidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi sərhədlərdə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

Bölgənin üzləşdiyi böhranlarla bağlı da qərarlar veriləcək”, - Nəsirzadə səfəri ilə bağlı vurğulayıb.

Qeyd edək ki, budan öncə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricaninin təcili olaraq Minskə səfərə getdiyi bildirilmişdi. İddialara görə, bu təcili səfərin səbəbi İran və İsrail arasında mümkün müharibədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
1
axar.az

2Sources