EN

ABŞ-da şatdauna görə dollar ucuzlaşıb

Bakı. Trend:

Oktyabrın 1-də ABŞ hökumətinin fəaliyyətinin dayandırılması(şatdaun) fonunda dollar əsas valyutalara qarşı həftəlik minimumhəddinə qədər ucuzlaşıb.

Trend xəbər verir ki, bubarədə “Reuters” agentliyi məlumat yayıb.

Respublikaçılarla demokratların razılığa gələ bilməməsisəbəbindən dolların indeksi (avro və yen də daxil olmaqla 6valyutaya nisbətən ölçülür) 0,2 faiz aşağı düşüb.

Bundan başqa, ABŞ Əmək Statistikaları Bürosu tərəfindən dərcedilən ziddiyyətli məlumatlar da dolların ucuzlaşmasına təsirgöstərib. Hesabatda qeyd olunub ki, avqust ayında ölkədəvakansiyaların sayı çox cüzi artsa da, muzdlu işçilərin sayıazalıb.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki demokratları xəbərdaredib ki, əgər federal hökumətin fəaliyyətinin dayandırılmasınaimkan verilsə, administrasiya onlar üçün mühüm olan proqramlarınbağlanması da daxil olmaqla “geridönməz” addımlar ata bilər.

“Commonwealth Bank of Australia” bankının valyuta şöbəsininrəhbəri Cozef Kapurso hesab edir ki, hökumətin fəaliyyətininuzunmüddətli dayandırılması dolların enişini davam etdirə bilər. Buprosesdə ABŞ iqtisadiyyatı ilə bağlı zəif statistik göstəricilər dəmühüm rol oynaya bilər.

Chosen
23
2
az.trend.az

4Sources