EN

“Borussiya” “Qarabağ”ın rəqibini darmadağın etdi – VİDEO

Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda “Borussiya Dortmund” “Atletik Bilbao”nu qəbul edib.

İdman.biz xəbər verir ki, qarşılaşma 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Hesabı 28-ci dəqiqədə “Borussiya”nın yarımmüdafiəçisi Daniel Svensson açıb. İkinci hissədə yarımmüdafiəçi Karni Çukvuemeka 50-ci dəqiqədə komandasının ütünüyünü artırıb. Qonaqlar 61-ci dəqiqədə hücumçu Qorka Quruseta ilə hesabda fərqi azaldıblar. 82-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Seru Girassi fərqlənib, əlavə edilmiş vaxtda isə vinger Yulian Brandt hesabı 4:1-ə çatdırıb.

Çempionlar Liqasının ilk turunda alman klubu “Yuventus”la 4:4 hesablı heç-heçə edib, “Atletik” isə London “Arsenal”ına 2:0 hesabı ilə uduzub.

“Atletik” növbəti turda “Qarabağ” klubu ilə qarşılaşacaq. Oyun oktyabrın 22-də Bilbaoda keçiriləcək.

İdman.biz

Chosen
31
idman.biz

1Sources